ABŞ mediasının məlumatına görə, Florida ştatı məhkəməsinin hakimi Ceffri Kuntz BBC-nin Prezident Donald Trampın telekanala qarşı 10 milyard dollarlıq təzminatla bağlı işin ləğvi tələbini rədd edib.
NTV ABC telekanalına istinadla xəbər verir ki, Kuntz, həmçinin Prezident Donald Trampın ştatın “Ədalətsiz ticarət təcrübələri” Qanununun pozulması iddiası ilə irəli sürdüyü ikinci ittihamı da rədd edib. Lakin hakim bildirib ki, ABŞ Prezidentinin böhtan iddiaları işə davam etmək üçün kifayət qədər hüquqi əsasa malikdir. O əlavə edib ki, Trampın iddialarını sübut edib-etməməsi məhkəmə prosesinin sonrakı mərhələlərində qiymətləndiriləcək.
Tramp sosial media paylaşımında qərarı BBC-nin üzərində “böyük qələbə” adlandırıb.
Prezident Trampın 11 dekabr tarixinə qədər and içərək ifadə verməsi gözlənilir. O, əvvəllər “milli əhəmiyyətli məsələ”ni əsas gətirərək planlaşdırılan ifadəni ləğv etmişdi.
