satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb

Hindistanda 147 sərnişinin olduğu təyyarədə qaçırılma xəbərdarlığı aşkarlanıb

Hindistanın Kalkutta hava limanında Mumbaya uçmağa hazırlaşan “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsində qaçırılma xəbərdarlığı aşkarlanıb.

NTV Hindistan mediasına istinadla xəbər verir ki, uçuşa az qalmış kabin heyəti üzvləri təyyarənin sanitar qovşağındakı güzgünün üzərində qaçırılma ilə bağlı xəbərdarlıq yazısı aşkar ediblər.

Hadisədən sonra göyərtəsində 147 sərnişinin olduğu təyyarə təhlükəsizlik yoxlaması üçün xüsusi əraziyə aparılıb, sərnişinlər təyyarədən endirilib. Yoxlamalara təhlükəsizlik əməkdaşları, yanğınsöndürənlər və bomba mütəxəssisləri cəlb olunub.

Hazırda aidiyyəti qurumlar tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM