satellite   Azerspace-1: 11135 H 30000

İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb

İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb

İsrailin cənubunda, Misirlə sərhəd yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Eylat şəhərində hiss olunub və Ramon Beynəlxalq Hava Limanının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.

NTV  TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə İsrail Geoloji Xidməti məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Misirin Sinay yarımadasında, Taba bölgəsində, təxminən 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra hava limanında sərnişinlər və əməkdaşlar təxliyə edilib, uçuşlar müvəqqəti dayandırılıb. Mühəndislər və təhlükəsizlik əməkdaşları hava limanının infrastrukturu və obyektlərində yoxlamalara başlayıblar.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan və dağıntı qeydə alınmayıb. Yoxlamalar başa çatdıqdan və hava limanının təhlükəsizliyi təsdiqləndikdən sonra uçuşların bərpası gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM