satellite   Azerspace-1: 11135 H 30000

Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

Millətlər Liqası: Lixtenşteyn - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

UEFA Millətlər Liqasının D Divizionunun son turunda keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb.

NTV  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Kristo Tohver olacaq. Ona Silver Koiv və Sander Saqa kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM