satellite   Azerspace-1: 11135 H 30000

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Litvada enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq ediləcək

Litva parlamentindəki (Seym) hakim çoxluq enerji şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq edilməsi təşəbbüsünü dəstəkləyib. Müvafiq qərar hakim koalisiyanın şurasının iclasında qəbul olunub.

NTV  xəbər verir ki, bu barədə Litvanın Baş naziri Mindaugas Sinkeviçyus jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hakim koalisiyanın şurası enerji sektorunda fövqəladə mənfəətin vergiyə cəlb edilməsi mexanizminin hazırlanması barədə qərar qəbul edib.

Hökumətin hesablamalarına əsasən, bu vergi Seymdə müzakirə olunan 2027-ci il dövlət büdcəsinə əlavə 70 milyon avro vəsait gətirə bilər.

Bundan başqa, hakim koalisiyanın şurası büdcənin hazırlanması zamanı nəzərdə tutulduğundan daha sürətli templə alkoqol və tütün məhsullarına aksiz vergisinin artırılmasına qərar verib. Bu tədbirin dövlət büdcəsinə əlavə 20 milyon avro gəlir gətirəcəyi gözlənilir.

Eyni zamanda, bəzi sosial güzəştlərin ləğvi variantı da nəzərdən keçirilir. Lakin bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM