satellite   Azerspace-1: 11135 H 30000

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

“Fox News”: Ağ Ev nazirlərin ictimai bəyanatlarına nəzarəti yumşaldacaq

ABŞ Prezidenti Administrasiyasının aparat rəhbəri vəzifəsinə Stiven Millerin təyin olunmasından sonra federal qurumların rəhbərləri ictimaiyyətlə kommunikasiya məsələlərində daha geniş müstəqillik əldə edəcəklər.

NTV  xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Prezident Administrasiyasının daxili memorandumuna və öz mənbələrinə istinadən məlumat yayıb.

Sənədə əsasən, Ağ Evdə Nazirlər Kabinetinin katibi vəzifəsi Nazirlər Kabineti ilə əlaqələr üzrə direktor vəzifəsi ilə əvəz olunacaq. Yeni vəzifənin əsas funksiyası nazirlik və qurum rəhbərlərinə dəstək göstərmək olacaq.

Memorandumda qeyd edilir ki, hər bir qurum rəhbəri öz nazirliyinin ən yaxşı idarəçisi və nümayəndəsidir. Yeni vəzifə Ağ Evə nazirlikləri ABŞ vətəndaşlarının maraqları naminə sürətli, mühüm və uzunmüddətli nəticələr əldə etmək üçün zəruri resurslar və dəstəklə təmin etməyə imkan verəcək.

Telekanalın həmsöhbətlərinin iddiasına görə, Millerin sələfi Syuzan Uaylsın dövründə federal qurumların ictimaiyyətlə bütün kommunikasiya fəaliyyəti, demək olar ki, Ağ Evin mərkəzləşdirilmiş nəzarəti altında olub.

Administrasiyanın keçmiş əməkdaşlarından biri bildirib ki, Uayls nazirləri razılaşdırılmamış ictimai bəyanatlar verəcəkləri təqdirdə aralıq seçkilərində Respublikaçılar Partiyasının mümkün məğlubiyyətinə görə məsuliyyət daşıya biləcəkləri barədə xəbərdar edib.

Memorandumda siyasi qərarların hazırlanması qaydasında dəyişikliklər də nəzərdə tutulur. Bu proses Ağ Ev aparat rəhbərinin siyasi məsələlər üzrə müavini və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi tərəfindən əlaqələndiriləcək. Sənəddə onların səlahiyyətlərinin dəqiq şəkildə bölüşdürülməsi də nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM