satellite   Azerspace-1: 11135 H 30000

Alimlər süd vəzi xərçəngini erkən aşkarlayan qan testi hazırlayıblar

Alimlər süd vəzi xərçəngini erkən aşkarlayan qan testi hazırlayıblar

İsrailin Veysman Elm İnstitutunun məlumatına görə, beynəlxalq tədqiqatçılar qrupu süd vəzi xərçəngini erkən mərhələdə aşkarlayan və müalicədən sonra təkrarlanma riskini proqnozlaşdıran qan testi hazırlayıb.

NTV “Sinxua”ya istinadla xəbər verir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub. Qeyd edilib ki, test süd vəzi xərçəngini erkən mərhələdə 95 faiz, xəstəliyin residiv riskini isə 81 faiz dəqiqliklə müəyyən edə bilir.

Yeni metod qanda xərçəng hüceyrələrinin fəaliyyətini əks etdirən kimyəvi markerləri aşkarlayır. Tədqiqatçıların fikrincə, bu texnologiya risk qrupunda olan xəstələrin müəyyənləşdirilməsinə və daha uyğun müalicə üsullarının seçilməsinə kömək edə bilər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM