NTV xəbər verir ki, "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində minik maşınında olan şəhid Zaman Məmmədlinin valideynləri - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Qəza nəticəsində qaz infrastrukturuna da ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
