satellite   Azerspace-1: 11135 H 30000

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

“Xankəndi” Azərbaycan bayrağı ilə Avstraliya sularına daxil olan ilk tanker kimi tarixə düşüb

Milli gəmiçilik tariximizdə ilk dəfə müstəqil Azərbaycan bayrağı altında üzən tanker Avstraliya sularına daxil olub. Bu tarixi səfəri “Aframax” tipli “Xankəndi” tankeri həyata keçirib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) NTV-yə bildirilib ki, oktyabrın 19-da Bruneyin Seria limanından yola çıxan gəmi 18 günlük fasiləsiz səfərdən sonra Avstraliyanın Gilonq limanına yan alıb. Burada yük təhlükəsiz şəkildə tankerdən boşaldılıb.

Dəniz təhlükəsizliyi və ekoloji nəzarət baxımından ciddi prosedurların tətbiq olunduğu Avstraliya limanında “Xankəndi” bütün tələblərə cavab verib. Belə ki, limanda olduğu müddətdə tanker yerli ekoloji nəzarətdən və ABS təsnifat cəmiyyətinin illik müayinəsindən uğurla keçib. Eyni zamanda, burada gəmidə heyət dəyişikliyi aparılıb, yanacaq təchizatı həyata keçirilib, təhlükəsizlik, radio və GMDSS sistemlərinə illik texniki xidmət göstərilib.

Gəmi 2024-cü ildə ASCO və SOCAR-ın paritet əsaslarla yaratdığı “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınıb və elə həmin ilin avqustunda Türkiyənin Aliağa limanında üçrəngli bayrağımızın qaldırılması ilə istismara qəbul edilib.

Tankerin dedveyti 115 min 521 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,20 metr, suya oturumu 15,22 metr, maksimal sürəti isə 16 knotdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM