satellite   Azerspace-1: 11135 H 30000

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Nəqliyyat və anbar təsərrüfatı sahəsində 14,2 milyard manatlıq xidmət göstərilib

Bu ilin yanvar-oktyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 14 milyard 288,8 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,2 faiz çox xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən NTV-yə  bildirilib ki, xidmətlərin 8 milyard 546,7 milyon manatı (59,8 faizi) yük daşınması, 3 milyard 860 milyon manatı (27 faizi) sərnişin daşınması, 1 milyard 882,1 milyon manatı (13,2 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.

Nəqliyyat sektorunda 205,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox yük daşınıb. Yüklərin 63,5 faizi avtomobil, 25 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,7 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı ilə daşınıb.

Hesabat dövründə 1 milyard 861,9 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çox sərnişin daşınıb. Sərnişinlərin 90 faizi avtomobil nəqliyyatı, 9,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft ucuzlaşır

10:47 13.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM