satellite   Azerspace-1: 11135 H 30000

bp “Azəri-Çıraq-Günəşli”də fəaliyyət göstərən qazma qurğularının sayını 8-ə çatdırmağı planlaşdırır

bp “Azəri-Çıraq-Günəşli”də fəaliyyət göstərən qazma qurğularının sayını 8-ə çatdırmağı planlaşdırır

bp şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda fəaliyyət göstərən qazma qurğularının ümumi sayını 8-ə çatdırmağı planlaşdırıb və bu istiqamətdə həyata keçirdiyi işləri davam etdirir.

NTV  xəbər verir ki, bu sözləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Dən Sparks “AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar” mövzusunda keçirilən məlumatlandırma sessiyasında deyib.

O bildirib ki, “Azəri-Mərkəzi-Şərqi” platforması artıq istismara verilib: “Bu addımla yataqdakı qazma qurğularının ümumi sayı 6-dan 7-yə yüksəlib. Sualtı əməliyyatların icra olunması məqsədilə səkkizinci qazma qurğusunun da cəlb edilməsi nəzərdə tutulub. Bundan əlavə, qazma qurğularından müstəqil şəkildə quyularda müdaxilə etməyə imkan yaradan avadanlıqlar tətbiq etməklə bu işlərə həsr olunan günlərin sayını xeyli dərəcədə artırmışıq. Başqa sözlə desək, gəmilərdən və müstəqil texniki vasitələrdən istifadə etməklə də quyularda əməliyyatlar aparmaq mümkündür”.

“Hər platformada bir qazma qurğusu mövcud olsa belə, əlavə iş imkanları sayəsində eyni vaxtda yalnız bir platformada deyil, iki quyuda paralel fəaliyyət göstərə bilirik. Bütün bu görülən tədbirləri və əlavə investisiya qoyuluşlarını nəzərə aldıqda, təqribən dörd illik müddət ərzində bir quyu üzərində aparılan iş günlərinin sayını 50 faiz artırmağa nail olmuşuq”, - deyə D.Sparks əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM