satellite   Azerspace-1: 11135 H 30000

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

ABŞ Prezidenti Donald Tramp gələn həftə Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirəcək.

NTV xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmiləri jurnalistlərə məlumat veriblər.

Rəsmilərin sözlərinə görə, ABŞ, Çin və Rusiya liderlərinin ilk dəfə keçiriləcək üçtərəfli görüşünün əsas mövzusu nüvə silahlarının ləğvi olacaq. Tərəflərin İran məsələsini də müzakirə edəcəyi gözlənilir.

Bununla yanaşı, Donald Trampın görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etmək niyyətində olmadığı bildirilir.

ABŞ rəsmiləri görüşün konkret razılaşma ilə nəticələnəcəyini gözləmədiklərini, danışıqları nüvə tərk-silahı məsələsində ilkin müzakirə kimi qiymətləndirdiklərini qeyd ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM