satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 36 yaşlı kişi sirkə turşusu içib

Naxçıvanda 36 yaşlı kişi sirkə turşusu içib

Naxçıvan şəhərində 36 yaşlı kişi sirkə turşusu içərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

NTV xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü İlqar Süleyman oğlu Bayramov sirkə turşusu qəbul edib. O, dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, İlqar Bayramov bu gün yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən Hüseynəli Vidadi oğlu Hüseynəliyevin bibisi oğludur. O, dəfn mərasimindən sonra evə gedərək sirkə turşusu içib.

Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM