satellite   Azerspace-1: 11135 H 30000

Tayvana məxsus təyyarə Bakıda təcili eniş edib, sərnişin ölüb

Tayvana məxsus təyyarə Bakıda təcili eniş edib, sərnişin ölüb

Banqkok-Vyana reysini yerinə yetirən Tayvanın “Eva Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvan televiziyası-a verilən məlumata görə, buna səbəb təyyarədəki sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

Məlumata görə, Boeing 787 təyyarəsi yerli vaxtla saat 06:49-da Bakı hava limanına enib.

Tibbi personal tərəfindən sərnişinin nəbzinin olmadığını qeydə alınıb və dərhal zəruri yardım göstərilməyə başlanılıb. Lakin bütün səylərə baxmayaraq, təəssüf ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

"Heydər Əliyev Beynəlxalq Aeroportu mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM