satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 102 və 100 yaşlı seçici səs verib

Naxçıvanda 102 və 100 yaşlı seçici səs verib

Naxçıvan Muxtar Respublikasında 102 və 100 yaşlı seçici səs verib.

Naxçıvan televiziyası xəbər verir ki, 6 saylı Ordubad-Culfa seçki dairəsinin 46 saylı seçki məntəqəsinin ən yaşlı seçicisi, 1922-ci il təvəllüdlü Culfa rayonu, Yaycı kənd sakini Abdulla Səfərov məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.

Həmçinin Şərur rayonunun ən yaşlı sakinlərindən biri, İbadulla kəndində yaşayan 1924-cü il təvəllüdlü Dilbər Məmmədova 2 saylı Şərur-Kəngərli seçki dairəsinin 18 saylı məntəqəsindən aparılan daşınan qutu vasitəsi ilə evində səs verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM