satellite   Azerspace-1: 11135 H 30000

DİN əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik aşkarlanıb - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə Naxçıvan televiziyası-a DİN-in Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, tədbirlərlə narkoşəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Məlumata görə, onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.

"Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib. X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM