satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Bütün dünyada iqlim dəyişmələrinin ciddi təsirləri davam edir

Nazir: Bütün dünyada iqlim dəyişmələrinin ciddi təsirləri davam edir

“İqlim fəaliyyətinə uyğunlaşmanın vacibliyi göz önündədir. Qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmağı bacarsaq belə, hələ də bütün dünyada iqlim dəyişmələrinin ciddi təsirləri davam edir”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən iqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O qeyd edib ki, cari ilin əvvəlində Tonqada Sakit Okean Adaları Forumunda kiçik adaların və inkişaf etməkdə olan dövlətlərin üzləşdiyi problemin miqyası müzakirə edilib: “Ümumdünya Meteorologiya Təşkilatının məlumatlarına görə, Sub-Sahara Afrikasında bu onillikdə adaptasiya xərclərinin ildə 50 milyard dollara qədər olduğu təxmin edilir.

Bununla belə, uyğunlaşmanın maliyyələşdirilməsi və həyata keçirilməsində hələ də aydın boşluqlar mövcuddur”, - deyə nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM