satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanın kəndlərinin elektrik təsərrüfatı yenidən qurulur - FOTOLAR

Naxçıvanın kəndlərinin elektrik təsərrüfatı yenidən qurulur <font color=red> - FOTOLAR</font> Naxçıvanın kəndlərinin elektrik təsərrüfatı yenidən qurulur <font color=red> - FOTOLAR</font> Naxçıvanın kəndlərinin elektrik təsərrüfatı yenidən qurulur <font color=red> - FOTOLAR</font> Naxçıvanın kəndlərinin elektrik təsərrüfatı yenidən qurulur <font color=red> - FOTOLAR</font>

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”çərçivəsində 20 kəndin 10 kilovoltluq və 0.4 kilovoltluq elektrik şəbəkəsinin layihələndirilərək yenidən qurulması nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, ilkin olaraq bununla əlaqədər Xidmət tərəfindən dövlət satınalınması həyata keçirilib. Culfa rayonunun Yaycı, Babək rayonunun Qahab, Şahbuz rayonunun Kolanı, Şərur rayonunun Xanlıqlar və Sədərək rayonunun Qaraağac kəndlərində topoqrafiya işləri aparılıb, layihələndirmə işlərinə başlanılıb. Digər nəzərdə tutulan 15 kəndin elektrik təsərrüfatının yenidən qurulması üçün müvafiq tender elan edilib. Muxtar Respublikanın digər kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması üçün Xidmətin vəsaiti hesabına dövlət satınalmaları həyata keçirilərək bir çox mal-materiallar alınıb.

Alınan müasir özünü daşıyan izolyasiyalı kabellər (SİP) və aksesuarları, güc transformatorları, izolyatorlar, kabel ucluqları, tikinti materialları və digər avadanlıqlar muxtar respublika üzrə Şəhər və Rayon Elektrik Şəbəkələrinə göndərilib.

Həmçinin ötən əsrin sonlarından istismar olunan hava elektrik verilişi xəttləri yenilənəcək, istismar müddəti bitmiş taxta dirəklər dəmir-metal dirəklərlə əvəz olunacaq.

Bunun da nəticəsində abonentlər daha keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq, şəbəkələrdə qəza və imtinaların sayı minimuma endiriləcək, elektrik enerjisinin texniki itkiləri azalacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM