satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gömrükçüləri dərman vasitələri aşkar edib

Azərbaycan gömrükçüləri dərman vasitələri aşkar edib

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edib.

Naxçıvan televiziyası bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk edərkən rentgen qurğusu vasitəsilə ona məxsus baqaj yüklərinə baxış keçirilib və şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən 13 adda 1034 ədəd dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM