satellite   Azerspace-1: 11135 H 30000

Laçında daha 3 kənddə tikinti işlərinə başlanılacaq

Laçında daha 3 kənddə tikinti işlərinə başlanılacaq

Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O, bildirib ki, Laçın rayonunda bərpa, tikinti və idarəetmə xidməti tərəfindən layihələndirmə işləri üzrə artıq 3 müqavilə imzalanıb, daha 7 müqavilənin üzərində işlər davam etdirilir:

“Laçının Qorçu qəsəbəsi, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM