satellite   Azerspace-1: 11135 H 30000

Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

Milli Qəhrəman Mübariz İbrahimovun atası vəfat edib

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov məlumat verib.

TƏBİB-dən Naxçıvan televiziyası-a bildirilib ki, oktyabrın 16-da saat 09:00 radələrində Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub.

"Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiyon tədbirlər həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:35-də ölüm faktı qeydə alınıb". - deyə məlumatda bildirilib.

Qeyd edək ki, A.İbrahimov bir neçə il öncə açıq ürək əməliyyatı keçirmişdi.

Allah rəhmət eləsin.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM