satellite   Azerspace-1: 11135 H 30000

Hərbi Prokurorluqda qeydə alınmış qəsdən adam öldürmə cinayətləri azalıb

Hərbi Prokurorluqda qeydə alınmış qəsdən adam öldürmə cinayətləri azalıb

Azərbaycanın Hərbi Prokurorluq orqanlarında 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 50 faiz, özünü öldürmə hadisələri 80 faiz azalıb

Naxçıvan televiziyası xəbər verir ki, bunu Baş prokurorun müavini – Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyib.

X.Vəliyev vurğulayıb ki, 2023-cü ilin birinci yarısı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qəsdən adam öldürməyə cəhd cinayətləri isə ümumən qeydə alınmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM