satellite   Azerspace-1: 11135 H 30000

Bakı-Mineralnıye Vodı təyyarəsi Mahaçqalaya dron hücumu ilə əlaqədar geri qayıdıb

Bakı-Mineralnıye Vodı təyyarəsi Mahaçqalaya dron hücumu ilə əlaqədar geri qayıdıb

Naxçıvan televiziyası xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.

Təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq.

Qeyd edək ki, bu gün Ukraynanın dron hücumları ilə əlaqədar Rusiyanın bəzi aeroportları, o cümlədən Mahaçqala hava limanının fəaliyyəti məhdudlaşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM