Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edib

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edib

“Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2024-cü il 24 dekabr tarixli 5-VII FR nömrəli Fərmanı ilə nazirliyin strukturu təsdiq edilib.

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, bununla əlaqədar olaraq Muxtar Respublikada ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində vakant olan vəzifələrə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir.

Müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında olan vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2025-ci il yanvar ayının 14-dən fevral ayının 14-i saat 18:00-dək aparılacaq.

Namizədlər ərizələrini Nazirliyin rəsmi saytında “www.njustice.gov.az” saytının “Qulluğa qəbul” bölməsində yerləşdirilən ərizə formasını doldurmaqla nazirliyin elektron ünvanına göndərə və ya şəxsən müraciət etməklə təqdim edə bilərlər.

Qeyd edək ki, müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçiriləcəkdir. Test imtahanının vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə əlavə məlumat veriləcəkdir.

Test imtahandan uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək arzusunda olan şəxslər imtahana hazırlıqla bağlı nazirliyin internet səhifəsinin njustice.gov.az "Qulluğa qəbul" bölməsində yerləşdirilən “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı və söhbət mərhələsində sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlar”dan yararlana bilərlər.

Əlavə məlumat əldə etmək üçün (036) 545-00-69 nömrəli telefonla əlaqə saxlamaq olar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM