satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

ABŞ-ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib.

NTV xəbər verir ki, bununla bağlı Paterson şəhərinin meri Andre Sayeq rəsmi bəyannamə imzalayıb.

Sənəddə Azərbaycanın 2020-ci ildə Qarabağda qazandığı Qələbənin ölkənin müasir tarixində mühüm mərhələ olduğu vurğulanıb. Qeyd edilib ki, Zəfər Günü Azərbaycan xalqı üçün böyük tarixi və mədəni əhəmiyyət daşıyır, xalqın birliyini, həmrəyliyini və milli kimliyini təcəssüm etdirir.

Bəyannamədə münaqişə zamanı həyatını itirənlərin xatirəsinin yad edilməsinin, ailələrin və icmaların göstərdiyi fədakarlığın qiymətləndirilməsinin, eləcə də regionda davamlı sülhün, barışın və sabitliyin təmin olunmasının əhəmiyyəti qeyd edilib.

Sənəddə, həmçinin Azərbaycan əsilli amerikalıların Paterson şəhərinin ictimai və mədəni həyatına verdiyi töhfələr yüksək qiymətləndirilib. Azərbaycan-Amerika Gənclər Federasiyasının milli-mədəni irsin qorunması, gənc nəslin inkişafı və müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyəti xüsusi vurğulanıb.

Şəhər meri Andre Sayeq imzaladığı bəyannamə ilə 2026-cı il noyabrın 8-ni Paterson şəhərində “Azərbaycanın Zəfər Günü” kimi rəsmən tanıdığını bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM