satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində hərbi sursat aşkar edilib - FOTOLAR

Naxçıvan şəhərində hərbi sursat aşkar edilib<font color=red> - FOTOLAR</font>

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Naxçıvan televiziyası xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 6 ədəd 88 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik top mərmisi, 1 ədəd 60 mm-lik top mərmisi və 1 ədəd 60 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM