satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan televiziyasının təqdimatında tarixi həqiqətləri ölümsüzləşdirən "Sədərəkdən Şuşaya” sənədli televiziya filmini izlədik

Naxçıvan televiziyasının təqdimatında tarixi həqiqətləri ölümsüzləşdirən "Sədərəkdən Şuşaya” sənədli televiziya filmini izlədik

Bu fikirləri Əməkdar jurnalist Mətanət Ağamirli özünün "Facebook" hesabında paylaşıb

Naxçıvan televiziyası-ın məlumatına görə paylaşımda deyilir:

Naxçıvan televiziyasının təqdimatında tarixi həqiqətləri ölümsüzləşdirən "Sədərəkdən Şuşaya” sənədli televiziya filmini izlədik. Filmdə 35 il yaşananların həm acısını, həm də qürurunu bir də yaşadıq: savaş, itki, şəhid, qazi, kədər, qürur... Filmin qəhrəmanı qazi xanım Nəzifə Qaybalıyevanı tanıdıq, onun timsalında Azərbaycan qadınının yazdığı qəhrəmanlıq salnaməsinin şahidi olduq. Hesab edirəm ki, Nəzifə Qaybalıyeva sadəcə filmin qəhrəmanı deyil, o müasir Azərbaycan qadınının canlı nümunəsidir. Digər mühüm məsələ Naxçıvan televiziyasının müraciət etdiyi mövzu digər tv-lər üçün də bir mesajdır: TV-lər meydanı, efiri milli, mənəvi dəyərlərə, örnək simalara, vətənpərvərlik-insanlıq, əxlaqi keyfiyyətləri aşılayan proqramlara verməlidir!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM