satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Konqresindəki demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Konqresindəki demokratlar Ukrayna üçün 15 milyard dollarlıq yardım paketi hazırlayır

ABŞ Konqresindəki demokratlar Ukraynaya 15 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımının ayrılmasını nəzərdə tutan qanun layihəsi hazırlayır.

NTV xəbər verir ki, "Financial Times"ın məlumatına görə, təşəbbüsün 2027-ci ilin yanvarında yeni Konqres işə başlayanadək Milli Müdafiə Səlahiyyəti Qanununa (NDAA) düzəliş edilərək qəbul olunması planlaşdırılır. Sənədə Rusiyaya qarşı yeni sanksiyalar, Kiyevə kəşfiyyat məlumatlarının verilməsi və tutucu raketlərin tədarükünün davam etdirilməsi maddələri də daxil edilir.

Nəşr qeyd edir ki, demokratlar hər iki palatada üçdə iki səs çoxluğu olmadan Trampın vetosunu ləğv edə bilməyəcəklər. Buna görə də, qanun layihəsini qəbul etmək üçün ən azı bir neçə respublikaçının dəstəyinə ehtiyac duyacaqlar.

Ağ Ev təşəbbüslə bağlı bildirib ki, Prezident Tramp və onun xüsusi elçiləri diqqəti Ukrayna müharibəsini bitirməyə və Qəzza üçün sülh planına yönəldib, lakin Konqreslə konstruktiv əməkdaşlığa da açıqdırlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM