satellite   Azerspace-1: 11135 H 30000

İİKK: Hörmüz boğazında qaydaları pozan iki tanker minaya düşərək yanıb

İİKK: Hörmüz boğazında qaydaları pozan iki tanker minaya düşərək yanıb

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında iki tankerin mina üzərində partlaması barədə məlumat yayıb.

NTV xəbər verir ki, İİKK-nın mətbuat xidmətinin bildirdiyinə görə, gəmilər boğazdan İran tərəfindən icazə verilməyən, qadağan olunmuş marşrutla keçməyə çalışıblar. Bu zaman gəmi heyəti naviqasiya və identifikasiya sistemlərini də söndürüb.

"Bir neçə dəqiqə əvvəl iki gəmi mina ilə toqquşaraq yanıb. Gəmilərdən biri Hörmüz boğazının şərqində, digəri isə boğazın içərisində hərəkət edərkən qaydaları pozub", — deyə açıqlamada qeyd olunur.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM