satellite   Azerspace-1: 11135 H 30000

Əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat müəyyən olunub

Əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat müəyyən olunub

Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

Belə ki, layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.

Qeyd edək ki, bundan əvvəlki əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM