satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gömrükçüləri 140 ədəd müxtəlif markalı mobil telefon aşkar edib

Azərbaycan gömrükçüləri 140 ədəd müxtəlif markalı mobil telefon aşkar edib

Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində “Mazımqara” gömrük postuna daxil olmuş yük nəqliyyat vasitəsinin üzərindəki minik avtomobilinə gömrük baxışı keçirilib.

Naxçıvan televiziyası Komitəyə istinadən xəbər verir ki, yoxlama zamanı minik avtomobilinin ön və arxa qapılarının örtüklərinin arxasında gizlədilmiş 140 ədəd müxtəlif markalı mobil telefon və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM