satellite   Azerspace-1: 11135 H 30000

Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilər

Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilər

Azərbaycanda media və sosial şəbəkədən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə məsuliyyət nəzərdə tutulacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

Dəyişikliyə görə, bu əməllər mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Qeyd edək ki, qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM