satellite   Azerspace-1: 11135 H 30000

DİN: Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə paylaşımlar yalandır

DİN: Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə paylaşımlar yalandır

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə paylaşımların saxta olması ilə bağlı xəbərdarlıq edib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

"Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə xaricdən idarə olunan saxta paylaşımlar artmaqdadır. Diqqətli olun, yalandır, feykdir. Dəstəkləyici rəylərlə insanları aldadırlar", - E.Hacıyev qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM