satellite   Azerspace-1: 11135 H 30000

Yol polisi dağlıq və dağətəyi bölgələrə gedən sürücülərə müraciət edib

Yol polisi dağlıq və dağətəyi bölgələrə gedən sürücülərə müraciət edib

Dağlıq rayonlarda yolların buz bağlaması avtomobillərin hərəkətinə çətinlik yarada bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, BDYP-nin Yol Patrul Xidməti Alayının əməkdaşları ötən gün axşam saatlarından başlayaraq yol təsərrüfatı işçiləri ilə birgə dağlıq ərazilərdəki yollarda zəruri işlər həyata keçirir, sürücülərlə profilaktik söhbətlər aparır, onlara mövcud vəziyyətlə bağlı məlumat verir:

"Bir daha sürücülərə müraciət edərək onlardan hava şəraitini düzgün qiymətləndirməyi, dağlıq və dağətəyi bölgələrə səfər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM