satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstanın yeddi regionunda fırtına ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan olunub

Yunanıstanın yeddi regionunda fırtına ilə əlaqədar qırmızı təhlükə səviyyəsi elan olunub

Yunanıstanın yeddi regionunda “Agneta” fırtınası ilə əlaqədar ən yüksək hazırlıq səviyyələrindən biri olan qırmızı təhlükə rejimi tətbiq edilib.

NTV  xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, ölkənin Mülki Müdafiə Baş Katibliyi noyabrın 2-də qəbul etdiyi qərarla fövqəladə xidmətləri gücləndirilmiş iş rejiminə keçirib.

Qırmızı təhlükə rejimi İon adaları, Epir, Qərbi və Mərkəzi Makedoniya, Şərqi Makedoniya və Frakiya, Şimali Egey regionları, eləcə də Cənubi Egey regionunun Dodekanes adalarına şamil edilib.

Yunanıstan Milli Meteorologiya Xidməti ölkənin qərb və şimal hissələrində, həmçinin Egey dənizinin şərqində güclü yağış, tufan və bəzi ərazilərdə dolu yağacağı barədə xəbərdarlıq yayıb.

Əlverişsiz hava şəraiti artıq bir sıra bölgələrdə ciddi problemlərə səbəb olub. Rodos və Samos adalarında daşqınlar qeydə alınıb, xilasetmə əməliyyatları həyata keçirilib.

Samos adasında torpaq sürüşməsi nəticəsində yolda qalan məktəb avtobusundakı altı şagirdə xilasedicilər tərəfindən yardım göstərilib. Rodos adasında isə sel sularının içərisində qalan avtomobildən dörd nəfər xilas edilib.

Rodosda bu gün məktəblərin fəaliyyəti dayandırılıb. Korfu adasında da məktəblərin bağlanması barədə qərar qəbul edilib. Hakimiyyət orqanları təhlükəli ərazilərdə yaşayan sakinlərə mobil xəbərdarlıq sistemi vasitəsilə bildirişlər göndərərək zəruri olmadıqda evlərini tərk etməməyi tövsiyə ediblər.

Yunanıstanın iqlim böhranı və mülki müdafiə naziri Evangelos Turnas fövqəladə xidmətlərin tam hazırlıq vəziyyətində saxlanılmasını, daşqın riski yüksək olan ərazilərə əlavə qüvvələrin cəlb edilməsini tapşırıb.

Qeyd edək ki, qırmızı təhlükə rejimi ölkənin mülki müdafiə qüvvələrinin səfərbər edilməsini, yerli hakimiyyət orqanları ilə koordinasiyanın gücləndirilməsini və mümkün təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsini nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM