satellite   Azerspace-1: 11135 H 30000

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

İraqda xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib

İraqın cənubundakı Meysan vilayətində süd emalı müəssisəsindən xlor qazının sızması nəticəsində 52 məktəbli qız zəhərlənib.

NTV  Qətərin rəsmi xəbər agentliyinə istinadla bildirir ki, tibbi mənbələrin verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadaları zərərçəkənlərə ilkin yardım göstərərək onları müalicə üçün tibb müəssisələrinə çatdırıblar.

Hüquq-mühafizə orqanları bildiriblər ki, hadisə Meysan vilayətinin mərkəzi olan əl-Əmara şəhərinin Qahirə məhəlləsində baş verib. Xlor qazının sızması nəticəsində 50-dən çox məktəbli qızda boğulma əlamətləri özünü göstərib. Onların əksəriyyətinə hadisə yerində ilkin tibbi yardım göstərilib, bir qismi isə xəstəxanalara yerləşdirilib.

Bununla yanaşı, səhiyyə xidmətlərinin əməkdaşları və təcili yardım briqadaları qaz sızmasının fəsadlarının aradan qaldırılması, həmçinin şagirdlər və ətraf yaşayış məntəqələrinin sakinləri üçün risklərin minimuma endirilməsi məqsədilə zəruri tədbirlərə başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM