satellite   Azerspace-1: 11135 H 30000

“Reuters”: Müharibə Qara dənizə doğru genişlənir və NATO-nun “qırmızı xətti” sınaq qarşısındadır

“Reuters”: Müharibə Qara dənizə doğru genişlənir və NATO-nun “qırmızı xətti” sınaq qarşısındadır

Müharibə Qara dənizə doğru genişlənir və NATO-nun “qırmızı xətti” mühüm sınaq qarşısındadır.

NTV xəbər verir ki, “Reuters” agentliyinin dərc etdiyi analitik məqaləyə görə, keçən ay NATO-nun üzvləri olan Rumıniya və Bolqarıstan yaxınlığında yük gəmilərinə yeddi zərbə endirildikdən sonra ABŞ-nin rəhbərlik etdiyi hərbi alyans Qara dənizdə şərq cinahını gücləndirmək üçün dəniz patrul təyyarələrini, radarları və dronları yerləşdirəcəyini bildirib. Üç gün sonra, oktyabrın 23-də Rumıniya sahillərində başqa bir gəmi vurulub. Keçən həftə isə Bolqarıstanın eksklüziv iqtisadi zonasında Yunanıstana məxsus konteyner gəmisi dəniz dronları tərəfindən batırılıb.

Aramsız hücumlar Rusiya ilə Ukrayna arasında artan dəniz müharibəsinin Qara dənizdə NATO üçün böyük problemə çevrildiyini, Rumıniya və Bolqarıstan kimi sahilyanı üzv dövlətləri təhdid etdiyini göstərir. “Fikrimcə, bu, şübhəsiz ki, eskalasiyadır”, -deyə Londonda yerləşən RUSI beyin mərkəzinin əməkdaşı Sidharth Kauşal bildirib.

Rusiya dronlarla Ukraynanın qonşularını hədəf aldığını inkar edir və hərbi yardım göstərməklə Ukraynadakı müharibəni daha da qızışdıranların Avropa hökumətləri olduğunu bildirir. Rusiyanın Müdafiə Nazirliyi isə “Reuters” agentliyinin bu məsələ ilə bağlı şərh istəyinə cavab verməyib.

Oktyabr ayında vurulan gəmilərin çoxu Ukraynanın ixrac üçün istifadə etdiyi əsas Rumıniya kanalının yaxınlığında lövbər salmışdı və ya oradan üzürdü. Onlardan biri Rumıniya ərazi sularında, digər səkkizi isə onun və ya Bolqarıstanın eksklüziv iqtisadi zonasında olub.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutu beyin mərkəzinin Qara dəniz proqramının direktoru Culiya Joya vəziyyəti şərh edərək deyib: “Bu hücumlar göstərir ki, ən minimal tədbirləri görmək üçün mümkün olan hər şeyi etməliyik, eyni zamanda, “qırmızı xətləri” sınaqdan keçirmək zərurəti yaranıb”. O, son illərdə Rusiya dronlarının NATO-nun hava məkanına daxil olmasını bu sınaqlara çağırış kimi qiymətləndirib.

NATO rəsmisi isə bildirib ki, üzv ölkələrin təhlükəsizliyini təmin etmək və sərhədlərini qorumaq prioritet vəzifədir.

Qara dəniz Rumıniyanın ticarəti üçün vacib su yoludur və gələn il Avropa İttifaqının ən böyük qaz istehsalçısına çevriləcək dənizdəki “Neptun Deep” layihəsi məhz onun akvatoriyasında həyata keçirilir. Buxarest Rusiyanı mülki gəmilərə sistemli zərbələr endirməkdə ittiham etsə də, sübutlara ehtiyac olduğunu əsas gətirərək ciddi tədbirlərdən çəkinib. Sofiya isə Rusiyanı ittiham etməyib.

Qara dənizdə hücumlar Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu yenidən qiymətləndirdiyi vaxta təsadüf edir. ABŞ ötən il Rumıniyadan 1000 əsgərini geri çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM