ABŞ Prezidenti Donald Tramp ölkəsinin onun administrasiyası dövründə qlobal nüfuzunu bərpa etdiyini və Çinlə müqayisədə xeyli irəlidə olduğunu bildirib.
NTV xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.
O, Çin Sədri Si Cinpinin bir neçə həftə əvvəl ABŞ-yə səfəri zamanı onun fəaliyyətini yüksək qiymətləndirdiyini iddia edib.
Tramp, həmçinin əvvəlki prezident Co Baydenin administrasiyasını tənqid edərək, ABŞ-nin hazırda beynəlxalq aləmdə daha böyük hörmət qazandığını vurğulayıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilir. Səsvermə Nümayəndələr Palatasının bütün 435 üzvünün və Senatın 35 üzvünün seçilməsini, eləcə də bir sıra ştatlarda qubernatorların müəyyənləşdirilməsini əhatə edir.
