satellite   Azerspace-1: 11135 H 30000

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması polis tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 12 nəfər isə saxlanılaraq istintaqa üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança və 4 tüfəng aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər də saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM