satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

Azərbaycan Premyer Liqasının ən titullu klubu “Qarabağ” ardıcıl üç çempionat oyununda heç-heçə edib.

NTV Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” (3:3), “Sabah” və “Qəbələ” (hər ikisi 0:0) ilə matçların hərəsində bir xal qazanan Ağdam klubu 11 ildən sonra belə seriya ilə üzləşib. Onbirqat ölkə çempionu 2015/2016-cı illər mövsümünün ilk yarısında ardıcıl 3 heç-heçə edib. 2015-ci ilin dekabrında “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ”yə (1:1) qarşı matçlarda fərqli hesablar qeydə alınıb.

Qeyd edək ki, mövsümdə ikinci dəfə komandalardan biri ardıcıl üç dəfə heç-heçə edib. Bunadək “Neftçi” “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz” (1:1) ilə görüşlərdən sülhlə ayrılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM