Nepalın Everest bölgəsindəki Periçe kəndində iki helikopterin eniş zamanı toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
NTV xəbər verir ki, bu barədə "Kathmandu Post" məlumat yayıb.
Bildirilib ki, hər iki pilot yüngül xəsarətlər alıb və Katmanduya aparılıb.
Polisdən qeyd edilib, həlak olan hindistanlı turistin meyiti Lukladakı xəstəxanaya çatdırılıb.
Toqquşma anında hər iki helikopterin göyərtəsində olan sərnişinlərin sayı hələ təsdiqlənməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.
