satellite   Azerspace-1: 11135 H 30000

Latviya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib

Latviya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib

Latviya Ukraynaya ən azı 26 nəfərin ölümü ilə nəticələnən son Rusiya zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

NTV xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Latviya Ukraynanın mülki əhalisinə, o cümlədən azı 26 dinc sakinin həlak olduğu Kamışevaxadakı humanitar yardım paylanma məntəqəsinə Rusiya hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb", - B.Braje bildirib.

Xatırladaq ki, noyabrın 2-də Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə kütləvi zərbə endirib, nəticədə 26 nəfər ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM