satellite   Azerspace-1: 11135 H 30000

“Elektron ticarət haqqında” Qanuna dəyişiklik parlamentdə birinci oxunuşda qəbul edilib

“Elektron ticarət haqqında” Qanuna dəyişiklik parlamentdə birinci oxunuşda qəbul edilib

Milli Məclisdə "Elektron ticarət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

NTV  xəbər verir ki, sənəd layihəsi parlamentin bugünkü iclasının gündəliyinə daxil edilib.

Təklif olunan dəyişikliklər sözügedən qanunda anlayış, prinsip və ödənişlərə dair bir sıra müddəaların müasir rəqəmsal ödəniş təcrübəsinə uyğunlaşdırılmasını nəzərdə tutur.

Layihəyə əsasən, “Elektron ticarət haqqında” Qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəası ləğv edilir. Sənəddə, habelə “POS-terminal” anlayışı dəqiqləşdirilərək, nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz olaraq təqdim edilir. Bununla yanaşı, “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip qanuna daxil edilir. Həmçinin ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir.

Yeni redaksiyaya uyğun olaraq, satıcı tərəfindən ödəniş üsulları (o cümlədən nağdsız ödənişlərin POS-terminal, elektron pul kisəsi və ya digər vasitələrlə aparılması) barədə məlumatların verilməsi təklif olunur. Digər dəyişikliyə əsasən, elektron ticarət çərçivəsində malların (işlərin, xidmətlərin) dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.

Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM