satellite   Azerspace-1: 11135 H 30000

Hökumətin tədbirlərini yetərsiz sayan fransız gənclər küçələrə çıxır

Hökumətin tədbirlərini yetərsiz sayan fransız gənclər küçələrə çıxır

Fransada tələbə və gənclər təşkilatları hökumətin açıqladığı tədbirləri yetərsiz hesab edərək, noyabrın 3-də universitet və liseylərdə kütləvi blokadalara çağırıblar. Etirazların noyabrın 5-də alıcılıq qabiliyyətinin qorunması tələbi ilə keçiriləcək ümumxalq aksiyasına qədər davam etdirilməsi nəzərdə tutulur.

NTV  xəbər verir ki, UNEF-in baş katibi Manon More etirazların yenidən genişləndiriləcəyini bildirib. FAGE təşkilatının prezidenti Syuzan Nijdam isə tələbələrin səfərbərliyi davam etdirmək əzmində olduğunu vurğulayıb. Hökumətin məlumatına görə, bazar ertəsi ali təhsil müəssisələrinin təxminən 15 faizində müxtəlif pozuntular qeydə alınıb, 3700 liseydən 41-i bloklanıb. Lisey Şagirdləri Həmkarlar İttifaqı isə blokadaların sayının daha çox olduğunu açıqlayıb.

Paris polisi “Interfac Île-de-France” təşkilatının noyabrın 3-də Panthéon meydanından MEDEF-in qərargahına planlaşdırdığı yürüşü təhlükəsizlik səbəbi ilə qadağan edib. Təşkilat qərara və təklif olunan alternativ marşruta qarşı məhkəməyə müraciət edəcəyini bildirib.

Noyabrın 5-də keçiriləcək aksiyalara tələbə və lisey şagirdləri ilə yanaşı, özəl sektor işçilərinin, dövlət qulluqçularının və pensiyaçıların da qoşulması gözlənilir. CGT həmkarlar ittifaqının baş katibi Sofi Bine Parisdə yürüş marşrutunun hələ təsdiqlənməməsini tənqid edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM