Rusiya ordusu gecə saatlarında pilotsuz uçuş aparatları və raketlərlə Ukraynanın 9 vilayətində elektrik stansiyalarına, yarımstansiyalara, eləcə də dəmir yolu infrastrukturuna zərbələr endirib.
NTV xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə 14 regionda zərbələr və dağıntılar qeydə alınıb.
Dnepropetrovsk, Vinnitsa və Xarkov vilayətlərindəki iri elektrik stansiyaları hücuma məruz qalıb. Ölkənin qərbində bir sıra mühüm yarımstansiyalara da zərbələr endirilib.
Koretski bildirib ki, həm elektrik enerjisi istehsalı obyektlərinə, həm də elektrik şəbəkəsinə ciddi ziyan dəyib.
Bundan əlavə, Rusiya ordusu dəmir yolu infrastrukturunu da hədəfə alıb. Zaporojyedə sərnişin vaqonlarına, teplovozlara və dəmiryol vağzalına, Koveldə isə elektrovoza ziyan dəyib.
Koretskinin sözlərinə görə, Kiyev, Jitomir, Vinnitsa və Dnepropetrovsk vilayətlərindəki istehsal müəssisələri və biznes obyektlərinə məxsus anbarlar da hücuma məruz qalıb.
Hadisə yerlərində energetiklər, dəmir yolu işçiləri, tibb personalı, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin xilasediciləri və polis əməkdaşları fəaliyyət göstərirlər.
