Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” poemasında empatik davranış ünsiyyətləri

Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” poemasında empatik davranış ünsiyyətləri

.

Empatiya özünü başqa insanların və ya hər hansı canlıların yerinə qoymaq ,hiss etmək bacarığı,başqasının dərdinə,sevincinə şərik olmaq duyğusudur. Bunu da xatırlamaq yerinə düşər ki, başqa insanın emosional halını onun mimikasından və jestlərindən duyma hissini özündə əks etdirir,belə demək mümkün olarsa, dərk etmək qabiliyyətini özündə cəmləşdirir. Dünya psixoloqları tərəfindən bu da sübut olunmuşdur ki, “Empatiya”sözü ilk dəfə ingilis dilində Tedor Lipsin nəzəriyyəsində alman dilində Einfühluqn-nüfuz etmək sözünün qarşılığı kimi işlənmişdir. Bu da bir daha təsdiqini tapmışdır ki, özünü kimsənin yerinə qoymaq psixoloji terminlə ifadə etsək, bir formada qarşındakının şüuraltı ilə əlaqəsinin təmin olunmasıdır. Bir faktorda qeyd olunmalıdır ki, xoş və bəd münasibətlər, sevgi, qayğı, diqqət və bu kimi formullar empatik fikirlərdə öz həllini tapmış və təsdiqləmişdir. Empatiya sözünün kökü ingilis dilindən tərcümədə psixoloji hissi emosiya prinsipi mənasını ifadə edir.Termin kimi ilk dəfə 1909-cu ildə tanınmış dünyaşöhrətli psixoloq Edvard.B.Titçoner tərəfindən irəli sürülmüşdür.Bu fikir iki böyük duyğunu hissi və idraki düşüncəni özündə birləşdirir. Yuxarıda qeyd olunanlara nəzər salsaq, bir sual hər kəsi düşündürər. Görəsən insanları başa düşmək, anlamaq, dəyər vermək bir o qədər çətindirmi?Əslində, xeyr. Biz bəzən qarşıdakı insana dildə səni anlayıram, başa düşürəm desəkdə, onu anlamaqdan çox, qınaqa çəkməyə çalışırıq. Empatiyanın düzgün formalaşdırılmasına diqqəti uşaq vaxtından yönəltməliyik. Deyilən fikirləri formalaşdırmaq üçün ədəbiyyata çox geniş münasibətimizdən asılıdır. Nağıllar, şeirlər, atalar sözləri, qəhrəmanlıq və məhəbbət dastanlarında bizlərə yol göstərən bir işıqdır.Digər sahələrdə olduğu kimi, ədəbiyyatımızın qədimliyi qədər zənginliyidə danılmazdır. Bütün dövrlərdə yaşayıb-yaratmış şairlər, yazıçılar və elm adamları öz əsərlərində empatik fikirlərə yer vermişdir. Psixologiyada termin kimi 1909-cu ildən işlənsədə, 1141-1209-cu illərdə yaşayıb,yaratdığı əsərlərlə ölməzlik qazanan dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində empatik fikirlərə geniş yer vermişdir. Bunu diqqətə çatdırmaq yerinə düşərki, ”Sirlər Xəzinəsi” poeması xəmsənin birinci kitabıdır və bu kitabda yazıçı empatik düşüncələrə olduqca geniş yer vermişdir. Əsəri oxuyub,təhlilinə diqqət edən hər bir oxucu şairin empatik düşüncələrinin formalaşdığının şahidi olur. Misal olaraq “Kərpic kəsən kişinin” hekayəsində qocanın gənci öz yerinə qoymağı, halal dolanmağa çağırır və əsərdədə buna nail olur ki, bu da insanlarda empatik etibarlılığını artırır. Bu baxımdan “Sirlər Xəzinəsi”nin digər əsərlərində də Nizami Gəncəvi yaradıcılığında insanların bir-birini başa düşməsi, insani motivlərin formalaşmasına diqqəti yönəltmişdir. Empatik düşüncələr tək şagirdlərdə deyil, ailələrdə də düzgün qurulmalıdır. Unutmayaq ki, empatiya sözü diqqətin, qayğının, düşüncənin və ən əsası, sevginin özüdür. Bu sahədə çalışan hər bir müəllim, psixoloq uşaqlara empatik düşüncələrin formalaşmasına diqqəti artırmalı, hər bir xırda detala belə obyektiv yanaşmalıdır. Düzgün formalaşmanın başlanğıcı ailədən və məktəbdən başlayır. Bunu da unutmayaq ki, bu günün uşaqları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bizlərə ərməğan etdiyi müstəqil ölkəmizin gələcəyidir.

Mirzə Həşimov

Ordubad rayon Dəstə kənd tam orta məktəbinin psixoloqu

 

 

Xəbər lenti
Məmməd Qasımov – 100

11:20 23.02.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM