satellite   Azerspace-1: 11135 H 30000

Orban: Ukraynadan geriyə qalan ərazi Rusiya və NATO arasında bufer zonası olacaq

Orban: Ukraynadan geriyə qalan ərazi Rusiya və NATO arasında bufer zonası olacaq

Ukraynadan geriyə qalan ərazi yenidən Rusiya ilə NATO arasında bufer zonası olacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ötən ilin siyasi yekunlarına dair çıxışında bildirib.

Onun sözlərinə görə, Ukraynanın qalan ərazisinin Aİ-yə daxil olub-olmayacağına Macarıstan qərar verəcək.

Hökümət başçısı onu da əlavə edib ki, Ukraynanın Avropa İttifaqına qoşulması macar fermerləri və ölkəsinin milli iqtisadiyyatını məhv edəcək.

“Ukrayna Macarıstanın maraqlarına zidd hərəkət edərsə, heç vaxt Aİ-yə daxil olmayacaq”, - Orban vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

11:07 03.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM