satellite   Azerspace-1: 11135 H 30000

Mart ayında 18 gün iş olmayacaq

Mart ayında 18 gün iş olmayacaq

Naxçıvan televiziyası xəbər verir ki, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı səbəbindən qeyri-iş günü sayılır.

Belə ki, 22, 23, mart tarixləri şənbə və bazar günü olduğundan əlavə olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir.

Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-iş günlərinin yeri dəyişdirilib.

Bununla da 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş olmayacaq.

31 martda ölkəmizdə Ramazan bayramı qeyd olunduğundan həmin gün qeyri-iş günləri siyahısına daxil ediləcək.

Həmçinin, 1-2, 8-9, 15-16, 29-30 mart tarixləri də həftəsonuna təsadüf edir.

Ümumilikdə, martda 18 gün qeyri-iş günü hesab ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM