satellite   Azerspace-1: 11135 H 30000

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

Macarıstanın ən məşhur istirahət məkanı olan Balaton gölü əsrin sonunadək üç ayrı su hövzəsinə bölünə bilər.

NTV  xəbər verir ki, bu barədə Tihanıda keçirilmiş təbiəti mühafizə konfransında çıxış edən hidrotexnik mühəndis Bence Fülöp məlumat verib.

O, 2024-cü ildə hazırlanmış iqlim modelinə istinad edərək bildirib ki, XXI əsrin son illərində gölün su balansı ciddi şəkildə pisləşə bilər. Mütəxəssis qeyd edib ki, bu, qəti proqnoz deyil, ehtimala əsaslanan ssenaridir. Lakin gölün cari ölçülərini qorumaq üçün gələcəkdə əhəmiyyətli və fasiləsiz su əlavə olunması tələb oluna bilər.

Bu yay gölün su səviyyəsində enmə müşahidə olunub. Tihanıdakı “Daxili” adlanan daha bir göldə də su çəkilib, kütləvi balıq tələfatı qeydə alınıb. Fülöp göl ətrafındakı tikintilərin prosesləri sürətləndirə biləcəyini vurğulayıb və təbii ərazilərin qorunmasını vacib sayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM