satellite   Azerspace-1: 11135 H 30000

Van Yi Yaxın Şərqdəki münaqişə tərəflərini dialoqa çağırıb

Van Yi Yaxın Şərqdəki münaqişə tərəflərini dialoqa çağırıb

Yaxın Şərqdəki münaqişə tərəfləri silaha əl atmaq əvəzinə, diqqəti siyasi həll yoluna yönəltməlidirlər.

NTV "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi Pekində İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri ilə görüşündə bildirib.

Van Yinin sözlərinə görə, dialoq və danışıqlar Yaxın Şərqdəki münaqişələrin həlli yoludur. O həmçinin suverenliyinin və təhlükəsizliyinin qorunmasında İrana dəstəyini təsdiqləyib.

Daha əvvəl Çin sədri Si Cinpin Oman sultanı Heysəm bin Tariq Al Səidlə görüşündə bildirmişdi ki, Yaxın Şərq və Fars körfəzi regionu böyük dövlətlərin rəqabət meydanına çevrilməməlidir.

Görüşün yekunlarına dair birgə bəyanatda Oman Çinin Yaxın Şərqdə sülhə dair təkliflərini dəstəklədiyini və Pekinin regionda davamlı sabitliyin təmin olunmasında "daha böyük rol" oynamasına ümid etdiyini bildirib.

"Reuters" qeyd edib ki, Çin Yaxın Şərqdə öz diplomatik rolunu genişləndirməyə çalışır. Pekin həmçinin region üzrə xüsusi elçisinin noyabrda İran, Oman və Səudiyyə Ərəbistanına səfər edəcəyini açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM